Kremldə Vladimir Putin və Nikol Paşinyan arasında görüş başladı
Kremldə Vladimir Putin və Nikol Paşinyan arasında görüş başladı

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kremldə görüş keçirilir.

“Bu, bu il dördüncü görüşümüzdür. Bu cür tez -tez görüşlər əlaqələrimizin yüksək dinamikasına və strateji, müttəfiq münasibətlərimizin əhəmiyyətinə dəlalət edir. Təbii ki, hazırda bölgədə dinamik proseslər gedir və müttəfiqlərin görüşüb məsələləri müzakirə etməsi vacibdir. Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb. Görüşün əvvəlində Rusiyanın münaqişənin həllində və bölgəmizdə təhlükəsizliyin təmin edilməsində həlledici rol oynadığı aydındır” dedi Paşinyan.

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Rusiyada işgüzar səfərdədir.