Kremldə Alan Qaqloyevin koronavirusa yoluxması səbəbindən Vladimer Putinlə bugünkü görüşünün təxirə salındığını açıqlayırlar
Kremldə Alan Qaqloyevin koronavirusa yoluxması səbəbindən Vladimer Putinlə bugünkü görüşünün təxirə salındığını açıqlayırlar

 

İşğal altındakı Cənubi Osetiyanın de-fakto prezidenti Alan Qaqloyevin koronavirusa yoluxması səbəbindən onun Vladimer Putinlə bu günə planlaşdırılan görüşü təxirə salınıb. Müvafiq məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yayır.

Kreml nümayəndəsi bildirib ki, danışıqlar daha gec tarixə təxirə salınıb.

“Cənubi Osetiya prezidenti Qaqloyevlə çərşənbə gününə planlaşdırılan danışıqların daha gec tarixə təxirə salınması barədə qərar qəbul edilib. Təəssüf ki, onun “Covid-19″ testinin cavabı müsbət çıxdı”-deyə Peskov qeyd edib.