Kreml - Vladimir Putin Emmanuel Makronla söhbətində xüsusilə vurğulayıb ki, Ukraynadakı xüsusi əməliyyatın tapşırıqları istənilən halda yerinə yetiriləcək
Kiyev nümayəndələri ilə danışıqlar kontekstində Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makrona Moskvanın fundamental yanaşmaları və şərtləri barədə ətraflı məlumat verib.
Bu barədə “Kreml” məlumat yayır.
Onların verdiyi məlumata görə, Putin təsdiqləyib ki, ilk növbədə, Ukrayna ərazisindən Rusiya Federasiyasına heç vaxt təhlükə olmasın deyə, söhbət Ukraynanın demilitarizasiyasından və onun neytral statusundan gedir.
“Vladimir Putin xüsusilə vurğulayıb ki, xüsusi əməliyyatın tapşırıqları istənilən halda yerinə yetiriləcək və danışıqları ləngitməklə vaxt udmaq cəhdi yalnız Moskvanın Kiyevə qarşı əlavə tələblərinə gətirib çıxaracaq” – deyə məlumatda deyilir.