"Krakataunun oğlu" oyanır - İndoneziyada Tsunamiyə səbəb olan vulkan
Britaniya gəmisi “Çarls Bel”-in kapitanı Uilyam Uotson Yava Dənizində süd rəngli axın görəndə göy üzü hələ təmiz idi və gözəl hava var idi.
Uotsonun yazılarında deyilir ki, 1883-cü ilin 22 avqust gecəsində o göy üzündə pəmbə rəngləri gördü. Dörd gün sonra isə, Krakatau adası güclü vulkan altında qaldı.
Müasir tarixin ən dəhşətli vulkan coşması 1883-cü ildə baş verdi. May ayında coşan vulkan doqquz ay dayanmırdı.
Təbii fəlakət nəticəsində 36 min insan həlak oldu.
O zaman yox edilən adanın yerində 1927-ci ildə yeni ada Anak-Krakatau yarandı.
Cari ilin dekabrın 23-də Krakatau vulkanı yenə oyandı və Tsunamiyə səbəb oldu.
Bu səfər də təbii fəlakət 200-dən artıq insanın ölümünə səbəb oldu.
Krakatau vulkanının efektini bütün dünya hiss etdi.
Havaya çıxan vulkan qalıntıları günəşin istiliyini aldı və qlobal temperatur 1,1 dərəcə ilə düşdü.
The Washington Post