Kostava küçəsində baş verən qəza nəticəsində bir nəfər yaralanıb
Kostava küçəsində baş verən qəza nəticəsində bir nəfər yaralanıb

Tbilisinin Kostava küçəsində avtomobil qəzası baş verib.

Qəza nəticəsində 1 nəfər xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən tibb müəssisəsinə aparılıb.

Xəsarət alan şəxs xilasedicilərin köməkliyi ilə avtomobildən çıxarılıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobil həddindən artıq sürətlə hərəkət edərək ağaca çırpılıb.

Hadisə yerinə yanğınsöndürən və xilasedicilər səfərbər edilib.