Kosovo müstəqil respublika kimi bəyan edilməsinin 10 illiyini qeyd edir. 2008-ci il fevralın 17-də Kosovo parlamenti yekdilliklə Kosovonu müstəqil respublika kimi bəyan etdi. Bunu ABŞ və Avropa İttifaqının bəzi ölkələri dəstəklədilər.
Hazırda Kosovonun müstəqilliyini BMT-nin üzv ölklərinin əksəriyyəti tanıyır.
Kosovonun müstəqilliyini Rusiya, Çin və Avropa İttifaqının bəzi ölkəsi tanımır.
Belqrad Kosovoya 1999-cu ildən nəzarət edə bilmir. Bölgədə etnik zəmnində qarşıdurmaların qarşısının alınması üçün bu günədək NATO-nun qüvvələri qalmaqdadırlar.