Korşa-Şatili hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır
Qar və uçqun təhlükəsi ilə əlaqədar respublika əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun (Korşa-Şatili kəndi) 53-106 km hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayıb.
Qurumdan verilən məlumata görə, avtomobil yolunun 1-53 km (Jinvali-Korşa kəndi) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.