“Beynəlxalq şəffaflıq” tərəfindən yayılan korrupsiya dərkinin indeksində Gürcüstan iki pozisiya ilə aşağı düşdü və dünya ölkələri arasında 46-cı yeri tutdu.
Ölkənin göstəricisi 57 bal təşkil edir.
Gürcüstan 46-cı yeri Malta ilə paylaşır və əvvəlki illərdəki kimi, Şərq Avropa və Mərkəzi Asya ölkələri arasında liderdir.
Reytinqlərin başında Yeni Zelandiya (89 bal), Danimarka (88 bal) və Finlyandiyadır (85 bal).
Ən pis vəziyyət isə, Suriyədə (14 bal), Cənubi Sudan (12 bal) və Somalidədir (9 bal).
Korrupsiya dərkinin indeksini “Beynəlxalq şəffaflıq” təşkilatı 1995-ci ildən etibarən, hər il yayır.
Təşkilatın keçirdiyi tədqiqat mütəxəssislərin mövqelərinə dayanaraq, hazırlanır.