Koronavirusun yeni hallarından 1 637 Tbilisidə, 489 Acarıstanda, 823 isə, İmeretidə qeydə alınıb
Koronavirusun yeni hallarından 1 637 Tbilisidə, 489 Acarıstanda, 823 isə, İmeretidə qeydə alınıb

İdarələrarası Koordinasiya Şurasının nəzdində olan operativ qərargahın rəhbər müavini Berdia Siçinavanın bəyanatına görə, son 24 saat ərzində,  Gürcüstanda aşkarlanan 4 734 koronavirus halından 1 637 Tbilisidə, 489 Acarıstanda, 823 isə, İmeretidə qeydə alınıb.

Digər hallar başqa regionlarda qeydə alınıb.

Paytaxt və regionlara görə, göstəricilər belədir: Tbilisidə – 1 637 hal, Acarıstanda – 489, İmeretidə – 823, Kvemo-Kartlidə – 372, Şida-Kartlidə – 381, Quriyada – 93, Sameqrelo-Zemo-Svanetidə – 377, Kaxetidə – 328, Mtsxeta-Mtianeti – 143, Samtsxe – Cavaxetidə – 73, Raça-Leçxumi və Kvemo-Svanetidə – 18 hal qeydə alınıb.