Koronavirusun bugünki müsbət göstəricisi 10,15 faiz, son 14 günün isə 8,64 faizdir

Son yeddi günün koronavirus aşkarlama nisbəti 9,12 faizdir. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Bu günki müsbət göstəricisi 10,15 faiz, son 14 günün isə 8,64 faizdir.

Bu gün Gürcüstanda 5739 yeni koronavirus halı aşkarlanıb, 2082 xəstə sağalıb, 36 nəfər vəfat edib.

Dünən, oktyabrın 18 -də Gürcüstanda 2479 koronavirus halı aşkarlandı, 2374 xəstə sağaldı, 42 nəfər vəfat etdi.