Koronavirusa yoluxma hallarının artmasına görə Ermənistanda bir kənd bağlanılacaq
Ermənistanda Qeğarkunik vilayətinin kəndlərindən biri koronavirusa yoluxma hallarının artması səbəbi ilə bağlanılacaq.Bu barədə Baş nazir,Nikol Paşinyan feysbukda yazıb.
Konkret olaraq desək,Dzoraqiuği kəndinin girişləri və çıxışları bağlanılır.
Ermənistanın Baş naziri vətəndaşlara səslənərək, onları digər insanların həyatına hörmətlə yanaşmağa və epidemioloji qaydaları pozmamağa çağırıb.
Son 24 saat ərzində Ermənistanda koronavirusa 547 yeni yoluxma halı qeydə alınıb.
Hazırladı-Sevinc Mustafayeva