Koronavirusa yoluxan ən kiçik pasient yeni doğulan uşaqdır
Koronavirusa yoluxan ən kiçik pasient yeni doğulan uşaqdır

Koronavirusla xəstələnən ən kişik pasient 30 saat bundan əvvəl doğulan uşaqdır.

CNN-in məlumatına görə, Uhanda doğulan uşağa koronavirus diaqnozu qoyublar.

Yayılan məlumata görə, yeni doğan uşağın anası da virus infeksiyasına yoluxub.

Uşağın nə zaman və necə xəstələndiyini həkimlər dəqiq deyə bilmirlər.

Çində virusdan ölənlərin sayı 563-ə qədər artdı. Xəstələnənlərdən 1153 nəfəri isə, müalicədən sonra sağlamlaşdı.

Xəstələnənlərin sayı tam olaraq, 28 mindir.