Koronavirusa görə, məktəb tətilləri martın 2-dən 16-na qədər davam edəcək
Koronavirusa görə, məktəb tətilləri martın 2-də başlayıb, 16-na qədər davam edəcək, – bu barədə iqtidar administrasiyasının məlumatında deyilir.
Gürcüstanın baş nazirinin rəhbərliyi ilə, bu gün koronavirusla bağlı yaradılan idarələrarası koordinasiya şurasının növbəti iclası keçirildi.
İqtidar administrasiyasının məlumatına görə, iclasda qərar verildi ki, məktəblərdə əlavə dezinfeksiya işlərinin keçirilməsi üçün müəyən vaxt ayrılacaq və məktəb tətilləri 9 mart yerinə, martın 2-dən başlayacaq.
Şura iclasında yenə bir daha qeyd olundu ki, panika üçün əsas yoxdur və vəziyyət tamamən Səhiyyə Nazirliyinin kontrolu altındadır.