Koronavirusa görə, Estoniya və Latviyada fövqəladə vəziyyət elan edildi
Koronavirusa görə, Estoniya və Latviyada fövqəladə vəziyyət elan edildi

Yeni koronavirusun yayılma təhlükəsinə görə, Estoniya və Latviyada fövqəladə vəziyyət elan edildi.

Bu barədə məlumatı “Delfi” portalı yayır.

Estoniyada fövqəladə vəziyyət mayın 1-nə qədər qüvvədə olacaq, Latviyada isə, aprelin 14-nə qədər.

Estoniyada hava və dəniz  limanlarında sanitar nəzarəti keçirilir.

Mayın 1-nə qədər muzeylər və kinoteatrlar bağlandı və bütün ictimai tədbirlər ləğv olundu.

Estoniyada koronavirusun 27 halı qeydə alındı, Latviyada isə, 16.