Koordinasiya Şurası hərəkət etmə məhdudiyyətinin azaldılması ilə bağlı müzakirə aparacaq
Koordinasiya Şurası hərəkət etmə məhdudiyyətinin azaldılması ilə bağlı müzakirə aparacaq

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin bəyanatına görə, iqtidar epid-vəziyyətin inkişafını diqqətlə izləyir.

Onun dediyinə görə, Koordinasiya Şurası hərəkət etmə məhdudiyyətinin azaldılması ilə bağlı müzakirə aparacaq.

“Hökümət iclasından sonra koordinasiya şurasının iclası keçiriləcək. Əlbəttə ki, epid-vəziyyəti diqqətlə izləyirik. Səhhiyə Nazirliyinin sistemi vəziyyəti effektiv şəkildə idarə edir.

Bildiyiniz kimi, yay fəslində ölkəyə turistlərin axını da gələcək və çox vacibdir ki, hökümət turistlərin ölkəyə daxil olma prosesinə diqqətlə yanaşsın.

Həmçinin, gecə hərəkət etmək məhdudiyyəti ilə bağlı əhali narahatçılığını bildirir. Biz bu haqda danışdıq və Səhiyyə Nazirliyindən aldığımız rekomendasiyalara görə qərar verəcəyik”, – dedi İrakli Ğaribaşvili.