Konteyner rüsumu tətbiq oluna bilər. Müvafiq dəyişikliklər bu gün büroya təqdim edilib. Qiorqi Xaxubia, Arçil Talakvadze, Qiorqi Çakvetadze, İrakli Çikovani, Ketevan Çarkviani, Salome Kurasbediani, Edişer Toloraia, İrakli Kirtsxalia və Qoça Enukidze onun təşəbbüskarlarıdır.
Dəyişikliklərlə Gürcüstan ərazisindəki dəniz limanında emal olunmuş konteynerə sahib olan və ya ondan istifadə edən şəxslər tərəfindən konteyner rüsumu ödəniləcək.
Qanun layihəsinə əsasən, konteyner rüsumunun həcmi 30 laridən çox olmamaqla müəyyən ediləcək. Rüsumdan alınan vəsaitin 100 faizi munisipalitetin büdcəsinə yönəldiləcək.
Dəyişikliklərlə, yüklərin dəniz yolu ilə daşınmasına 2024-cü ilin fevralın 1-dən əvvəl başlanılan və 2024-cü ilin aprelin 30-dan gec olmayaraq dəniz nəqliyyatı ilə Gürcüstanın gömrük ərazisinə gətiriləcək konteyner rüsuma tabe tutulmayacaq.