Konstitusiya Məhkəməsində prezidentin impiçmenti məsələsinə dair dinləmə sabah davam edəcək
Konstitusiya Məhkəməsində prezidentin impiçmenti məsələsinə dair dinləmə sabah davam edəcək

Konstitusiya Məhkəməsində prezidentin impiçmenti məsələsinə dair dinləmə sabah saat 11:00-da davam edəcək.

Konstitusiya Məhkəməsinin sədri Merab Turava tərəflərin razılaşdıqları bu təkliflə çıxış edib.

Konstitusiya Məhkəməsi bu gün Gürcüstan Prezidentinə qarşı konstitusiya iddiasına əsaslı şəkildə baxmağa başlayıb. Konstitusiya Məhkəməsinin məlumatına görə, baxılma predmeti Gürcüstan Prezidentinin xarici əlaqələrdə nümayəndəlik səlahiyyətlərini həyata keçirməsi səbəbindən Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin 1-ci bəndinin “A” yarımbəndinin mümkün pozulmasıdır. Gürcüstan hökumətinin razılığı olmadan, bu, xaricə iş səfərlərinin həyata keçirilməsi və rəsmi şəxslərlə iş görüşlərinin və danışıqların aparılması ilə ifadə olunur.