Konstitusiya Məhkəməsində prezidentin impiçmenti ilə bağlı məhkəmə prosesi sabah davam etdiriləcək
Konstitusiya Məhkəməsində prezidentin impiçmenti məsələsinə dair iclas sabah saat 11:00-da davam edəcək. Konstitusiya Məhkəməsinin sədri Merab Turavanın dediyi kimi, sabah proses iştirakçıları arasında suallar və yekun sözlər mərhələsi olacaq.
Ondan əvvəl Merab Turava tərəflərə bu gün saat 19:00-dan sonra məhkəmə prosesinin davam edib-etməyəcəyini soruşmuşdu, hər iki tərəf buna razı olmayıb . Prezidentin nümayəndələri iclasın sabah, təqdimat müəllifləri isə prosesi daha bir saat davam etdirmək istəyiblər.
Fikir ayrılıqlarına görə məhkəmənin tərkibi sabah məhkəmə iclasının davam etdirilməsinə qərar verib.
“Biz belə məsələlərdə bir-birimizlə dava etmirik, mübahisə etmirik. Əgər hər iki tərəf razılaşmasa, o zaman saat 19:00-dan sonra proses baş tuta bilməz. Bu halda bir tərəf bir saat davam etməyə razılaşır, digər tərəf bitməsini istəyir. Məhkəmənin tərkibi belə qənaətə gəlib ki, iclas bu gün başa çatdı və sabah saat 11:00-da davam edəcək. Sabah həm qarşılıqlı suallar, həm də yekun nitqimiz olacaq” – Merab Turava bildirib.
Konstitusiya təqdimatlarının mahiyyəti üzrə baxılması oktyabrın 3-də şifahi dinləmə ilə başlayıb. Gürcüstan parlamentinin 80 üzvü Gürcüstan Prezidentinin Gürcüstan Konstitusiyasını pozması ilə bağlı konstitusiya təqdimatını təqdim edib. Konstitusiya təqdimatında müzakirə predmeti Gürcüstan Prezidentinin hökumətin razılığı olmadan xarici əlaqələrdə nümayəndəlik səlahiyyətlərini həyata keçirməsi səbəbindən Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin 1-ci bəndinin “A” yarımbəndinin mümkün pozulmasıdır. Prezidentin Konstitusiya Məhkəməsindəki nümayəndələri Tamar Çuqoşvili və Maya Kopaleişvilidir.