Gürcüstan Konstitusiya Məhkəməsi sədri olaraq hakim, Merab Turavanı seçdilər. Onun namizədliyini Konstitusiya Məhkəməsinin beş hakimi dəstəklədi.
Media üçün rəsmi bəyanatı Konstitusiya Məhkəməsinin ictimaiyyətlə əlaqələr departamentini rəhbəri, Giorgi Lomtadze verdi.
Onun dediyinə görə, sədrliyə namizədlər öncə Konstitusiya Məhkəməsinin plenumu qarşısında öz baxışlarını təqdim etdilər, sonra isə, qapalı səsvermə baş verdi.
Merab Turavadan başqa, Konstitusiya Məhkəməsi sədrliyinə daha bir hakimin, İrina İmerlişvilinin namizədliyi təqdim olunmuşdu. Onu dörd hakim dəstəklədi.
Konstitusiya Məhkəməsinin plenumu doqquz hakimdən ibarətdir. Sədri səs çoxluğu ilə, beş il müddətinə seçirlər.