Konstitusiya məhkəməsi sabah şəxsiyyət vəsiqələrini əvəz edən əlavə vəsiqələrin buraxılması ilə bağlı müzakirə aparacaq
Konstitusiya məhkəməsi sabah şəxsiyyət vəsiqələrini əvəz edən əlavə vəsiqələrin buraxılması ilə bağlı müzakirə aparacaq

Gürcüstanın Konstitusiya məhkəməsi sabah şəxsiyyət vəsiqələrini əvəz edən alternativ vəsiqələrin buraxılması ilə bağlı müzakirə aparacaq.

Məhkəmənin məlumatına görə, sabah “Nana Sepaşvili və İa Rexviaşvili Gürcüstan parlamenti və Gürcüstanın Ədliyyə Nazirliyinə qarşı” adlı iş ilə bağlı iclas keçiriləcək.

Məsələyi Konstitusiya məhkəməsinin birinci kolegiyası müzakirə edəcək.

Şikayətçi tərəfin mövqeyi belədir ki, dövlət normaları elektron vəsiqənin və biometrik pasportların  alternativsiz verilməsi qaydalarını müəyyən edir və vətəndaşlara digər, alternativ sənədləri qəbul etmək imkanını vermir.

Şikayətçilər bəyan edirlər ki, elektron şəxsiyyət vəsiqələri və biometrik pasport insanı total şəkildə nəzarət etmək üçündür və apokalips haqqında Bibliyanın proqnozlarını doğruldur.

“Müvafiq olaraq, şikayət edənlər öz dini inanclarından irəli gələrək, elektron vəsiqədən istifadə etməkdən imtina edirlər və şəxsiyyət vəsiqəsi və pasportsuz qalmağa davam edirlər.

Buna görə də, onlar sosiyal həyatdan tamamilə təcrid olunublar.

Şikayətçilər bəyan edirlər ki, öz requlyasiyaları ilə, dövlət onları dini inanclarına qarşı çıxmağa vadar edir və beləliklə, onların konstitusiya hüquqları pozulur” – deyirlər konsitusiya məhkəməsində.