Konstitusiya Məhkəməsi karantin məhdudiyyətləri ilə bağlı şikayətin əsas hissəsini qəbul etmədi
Konstitusiya Məhkəməsi “Paata Diasamidze, Giorgi Çitidze, Eduard Marikaşvili və Lika Sacaia Gürcüstan parlamentinə və Gürcüstan iqtidarına qarşı” adlı şikayətin əsas hissəsini qəbul etmədi.
Mübahisə məsələsi “İctimai sağlamlıq haqqında qanunun” və həmçinin, iqtidar qərarının müəyyən maddələrinin Gürcüstan konstitusiyası ilə müvafiq olub-olmaması idi.
Gürcüstanın Konstiutsiya Məhkəməsi şikayətin sadəcə o hissəsini qəbul etdi, hansı ki, əmək hüquqlarının məhdudlaşdırılmasına aid idi və “İctimai sağlamlıq haqqında qanunun” müvafiq normativ məzmunu konstitusiyaya zidd hesab etdi, digər mübahisəli normalarda və onların arasında, azad gediş-gəliş haqqında şikayətləri isə, qəbul etmədi.