Konqressmen Cerald Konol - Gürcüstanın əraziləri qaytarılana qədər və Rusiya işğalı başa çatana qədər rahat olmayacağıq
Konqressmen Cerald Konol - Gürcüstanın əraziləri qaytarılana qədər və Rusiya işğalı başa çatana qədər rahat olmayacağıq

Gürcüstan ərazilərində Rusiya işğalı başa çatana qədər və Gürcüstanın əraziləri qaytarılana qədər rahat durmayacağıq, – bu barədə bəyanatı Gürcüstanın dostlar qrupunun həmsədri, konqressmen Cerald Konol, Gürcüstanın İlk Demokratik Respublikasının 100 illik yubileyinə həsr olunan qəbulda nitqlə çıxış edərkən verdi.

Konqressmenin dediyinə görə, Gürcüstan avtokratiyanın hökm sürdüyü qonşu ölkələr arasında müstəqilliyə, siyasi plyuralizmə və demokratik idarəçiliyə nail olan tək ölkədir.

“Biz amerikalı konqressmenlər Gürcüstanın tərəfindəyik. Gürcüstanın Rusiyaya qarşı durma cəsarəti ilə fəxr edirik” – dedi Cerald Konol.

Konqressmen azadlıq haqqında ən əsas dəyər olaraq söz etdi və Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiqlədi.

Bu barədə məlumatı iqtidar administrasiyasının mətbuat xidməti yayır.