Konqresmen Co Vilson - Salome Zurabişvili ilə yaxşı söhbət etdim, razıyam ki, Gürcüstan üçün yeganə yol yeni seçkilərdir
Konqresmen Co Vilson - Salome Zurabişvili ilə yaxşı söhbət etdim, razıyam ki, Gürcüstan üçün yeganə yol yeni seçkilərdir

Salome Zurabişvili ilə razıyam, Gürcüstan üçün yeganə yol yeni seçkilərdir, Gürcüstan xalqı onları təmsil edən hökumətə layiqdir. – Bu barədə Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen və “Dostluq aktı”nın müəllifi Co Vilson sosial şəbəkədə yazır.

Onun sözlərinə görə, Gürcüstan prezidenti ilə yaxşı söhbət edib.

“Gürcüstan prezidenti Zurabişvili ilə yaxşı söhbətim oldu. İndiki siyasi böhran məqamında o, ölkənin yeganə legitim lideridir. Mən onunla razıyam, Gürcüstan üçün yeganə yol yeni seçkilərdir. Gürcüstan xalqı onları təmsil edən hökumətə layiqdir”. – Co Vilson yazır.