Konqresmen Co Vilson - Gürcüstan əla ölkədir, biz bir gün bu ölkəni NATO üzvü kimi görmək istəyirik
Konqresmen Co Vilson - Gürcüstan əla ölkədir, biz bir gün bu ölkəni NATO üzvü kimi görmək istəyirik

Mən gözəl ölkə olan Gürcüstanda dəfələrlə olmuşam və onun gözəl xalqına ən yaxşısını arzulayırıq, biz bu ölkəni bir gün NATO-nun üzvü kimi görmək və Gürcüstanın da bu faydadan yararlanmasını istəyirik, hansı ki, Finlandiya və İsveç üçün artıq reallığa çevrilib, – bu haqda Cənubi Karolina ştatından olan konqresmen, Helsinki Komissiyasının üzvü Co Vilson Kopenhagendə Gürcüstanın Birinci Kanalına bildirib.

“Bir şey aydındır ki, NATO müdafiə təşkilatıdır və o, heç bir xalq, hətta Rusiya xalqı üçün də təhlükə ərz etmir amma dünya cinayətkarı Putin müasir sivilizasiya üçün təhlükədir. Gürcüstana səfərim çox təsirli oldu, çox istedadlı insanlar var, onlara ən yaxşısını arzulayırıq.

Rusiyanın Abxaziyada hərbi baza açmaq niyyətində olması xəbəri qəbuledilməzdir. Qara dəniz sabitlik məkanı olmalıdır, Rumıniya və Bolqarıstanın əldə etdiyi tərəqqi, Türkiyə faktoru. Qara dəniz regionu dünyanın çiçəklənməsi üçün biznesin yaradıldığı silahsız bir yer olmalıdır. Bizə gürcü xalqını, onun müstəqilliyini təşviq etmək və Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək lazımdır”, – deyə Co Vilson bildirib.