Komunikasiyalar Kommisiyası - 2012-2017-ci illərin göstəriciləri ilə, televiziya reklam gəlirləri artır
Gürcüstan Komunikasiyalar Kommisiyası 2012-2017-ci illərin televiziya reklam gəlirləri analizinin nəticələrini dərc etdirir.
Kommisiyanın hesabatına uyğun olaraq, 2012-2017-ci illərin göstəriciləri ilə, televiziya reklam gəlirləri artır.
“2017-ci ilin son göstəricilərinə müvafiq olaraq Gürcüstanda 98 kanal yayımlanır. Buradan 21 milli açıq efir televiziya yayımlarıdır. 2012-ci ildən burada pozitiv dinamika qeydə alınır. Yayımaların sayı 54-dən 98-ə qədər artdı. Milli açıq efir televiziya yayımlarının sayı isə, (İctimai Yayımçı da daxil olmaqla) 2012-ci ildən bu günə qədər 4-dən 21-ə qədər artdı. Özəl teleyayımlar tərəfindən təqdim olunan məlumata əsasən, onların gəlirlərinin əsas mənbəni reklam, sponsor, məhsylun yerləşdirilməsi və teleşopinqdən daxil olan məbləğlər təşkil edir. Qeyd olunan gəlirlərə uyğun olaraq iki ən böyük mediaholdinq xüsusilə qeyd olunmalıdır – “Teleimedi” MMC (İmedi, GDS, Maestro) və “Rustavi2″ MMC (Rustavi 2, Comedy, Marao). Bunlar ümumilikdə Gürcstan reklam bazarının 81 faizini tuturlar.
2012-ci ildən 2017-ci ilə qədər reklam gəlirləri artıdı. 2012-ci ilin teleşirkətlərin gəlirləri 63,355,996 laridən 2017-ci ilə qədər 25,658,525 lari ilə artaraq 89,014,521 larini təşkil etdi”, – hesabatda deyilir.