Komunikasiyalar Komisiyası “TV Pirveli” teleşirkətini bədii filmlərin qaydaya uyqunsuz şəkildə göstərdiyi üçün 23513.21 lari ilə cərimələdi.
Bu barədə məlumatı komunikasiyalar komisiyası yayır.
“2019-cu ilin iyunun 29-dan iyulun 2-nə qədər müddətdə keçirilən monitorinq nəticələri göstərdi ki, TV-Pirvelinin efirində göstərilən filmlərin efirə buraxılması üçün gərəkən qaydalar qorunmayıb və bunun əksini təsdiqləyən sənədlər isə, şirkətdə yoxdur.
Komisiya tərəfindən dəfələrlə edilən tapşırıqlara baxmayaraq, teleşirkət filmlərin göstərilməsi üçün gərəkən sənədləri təqdim edə bilmədi” – deyilir komisiyanın bəyanatında.
Bu qanun pozuntuya görə, komisiya TV-Pirveliyə 2019-cu ilin martın 7-də yazılı şəkildə tapşırıq verdi, mayın 30-da isə, teleşirkətə gəlirinin 0.1 faizi qədər, yəni – 3496.74 lari məbləğində pul cəriməsi yazıldı.