Kommunikasiya Komissiyası - telekommunikasiya xidmətinə, abunəçilər üçün tarifin artırılmasının heç bir əsası yoxdur
Telekommunikasiya xidmətinə, abunəçilər üçün tarifin artırılmasının heç bir əsası və önşərti yoxdur, – bu barədə məlumatı Gürcüstan Milli Kommunikasiyalar Komissiyası yayır.
Elə onların məlumatına görə, Milli Kommunikasiyalar Komissiyası “Magticom” və “Silknet” tərəfindən yayılan bəyanat əsasında məsələnin öyrənilməsinə başladı.
“Komissiya qiymtlərin dəyişdirilməsi məsələsini öyrənəcək. Gürcüstan Milli Kommunikasiyalar Komissiyası hər iki operatora müraciət edir ki, məsələnin öyrənilməsin qədər qiymətlərin artırılmasını dayandırsın.
Bununla yanaşı bəyan edirik, komissiyanın qanunla hər cür berketi var ki, şirkətlər tərəfindən qəbul olunmuş qanuna zidd qərarlara sərt münasibət bildirsin”, -Gürcüstan Milli Kommunikasiyalar Komissiyasında bəyan edirlər.
“Geocell”, “Silknet” və “Magti” abunəçilərinin bir hissəsi üçün tariflər artır. “Magti” təqdirində yeniləşdirilmiş tariflər fevralın 18-dən, “Geocell” və “Silknet” abunəçiləri üçün martın birindən qüvvəyə minir.
Şirkətlərdə bəyan edirlər ki, istifadəçilərə yaxşılaşdırılmış xidmət və internetin artırılmış həcmini təklif edirlər.