Komitələrin birgə iclasında "Yayımçılıq haqqında" qanun layihəsinə dəyişikliklər barədə müzakirə aparılıb
Komitələrin birgə iclasında "Yayımçılıq haqqında" qanun layihəsinə dəyişikliklər barədə müzakirə aparılıb

 

İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya, Avropaya İnteqrasiya və Maliyyə-büdcə Komitələrinin birgə iclasında “Yayımçılıq haqqında” qanun layihəsinə dəyişikliklər barədə müzakirə aparılıb.

Qanun layihəsinin təşəbbüskarlarından biri Eka Sepaşvilinin qeyd etdiyi üzrə, qanun layihəsi qəbul olunarsa, qanunvericilikdə, texnoloji inkişaf tendensiyalarını nəzərə alan və bazardakı audiovizual medianın yeni növləri üçün vahid və bərabər şəraiti təmin edən qaydalar müəyyən ediləcək.

“Qanun layihəsi ilə müəyyən edilmiş qaydaların məqsədi mədəni müxtəlifliyi qorumağa, fiziki məhdudiyyətli şəxslər üçün audiovizual media xidmətlərinə çıxışı təmin etməyə, yetkinlik yaşına çatmayanları və istifadəçiləri qorumağa, media plüralizmini təmin etməyə və müxtəlif əsaslarla nifrət nitqini yayan, terrorçuluğa çağırışları ehtiva edən proqramlar və reklamlara səmərəli reaksiya verilməsinə, mövcud qanunvericiliyə uyğun gəlməyən proqramlar və reklamların yayılmasının bərabərində gətirdiyi risk və nəticələrin effektiv qarşısının alınması mexanizminin yaradılmasına xidmət edir”- deyə Eka Sepaşvili bildirib.

Onun sözlərinə görə, audiovizual məhsulların eyni vaxtda bütün istifadəçilər üçün əlçatan olması üçün yayımçı yayım şəbəkəsi ilə istifadəçinin hansı saatda, hansı ardıcıllıqla və hansı proqrama baxmalı olduğunu müəyyən edir .

Komitələr qanun layihəsinin plenar iclasa çıxarılmasını dəstəkləyiblər.