Kolumbiyada güclü yağışların səbəb olduğu torpaq sürüşməsi 11 nəfərin həyatına son qoyub
Kolumbiyada güclü yağışların səbəb olduğu torpaq sürüşməsi 11 nəfərin həyatına son qoyub

Kolumbiyada güclü yağışların səbəb olduğu torpaq sürüşməsi 11 nəfərin həyatına son qoyub. Məlumatı “Deutsche Welle” yayıb.

Hadisə Kolumbiyanın cənubundakı Narino əyalətində baş verib. 10 nəfər yaralanıb, 20 nəfər itkin düşüb.

Yerli hakimiyyət orqanları xilasetmə qruplarını hadisə yerinə göndərib, lakin güclü yağışlar səbəbindən sürüşmə təhlükəsi hələ də qaldığından xilasetmə işləri dayandırılıb.