Kolorado-Sprinqsdə bankı soyub, yoldan keçənlərə pul paylayan şəxs həbs edilib
Amerikanın Kolorado-Sprinqs şəhərində bankı soyduqdan sonra, yoldan keçənlərə pul paylayan şəxs həbs edilib.
İnsindent dekabrın 23-də, Milad Bayramından iki gün öncə baş verib.
Görənlərin dediyinə görə, soyğunçunun ağ saqqalı var idi.
Bankdan çıxdıqdan sonra, soyğunçu “Milad bayramınız mübarək” deyərək, çantadaki pulları tökməyə və yoldan keçənlərə verməyə başladı.
Sonra isə, bir kafeyə girdi və polisin gəlməsini gözlədi.
Yayılan məlumata görə, yoldan keçənlərin bəziləri banka pulu geri qayradılar.
Soyğunçu isə, 65 yaşlı Devid Oliver Ueindir, hansı ki, yaxın günlərdə məhkəmə qarşısına çıxacaq.