Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Ermənistan-Azərbaycan münaqişəsinin eskalasiyasının qeydə alınmadığı bildirilir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Ermənistan-Azərbaycan münaqişəsinin eskalasiyasının qeydə alınmadığı bildirilir

 

Ermənistanın cənubunda Azərbaycanla yeni sərhəddin müəyyən edilməsi ilə əlaqədar vəziyyətin kəskinləşməsi “sərhəd hadisəsidir” və kollektiv müdafiənin müddəalarına tabe deyil- bu barədə “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”-nın baş katibi Stanislav Zas bildirib.

Təşkilatdan “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”- nın potensialından yalnız üzv ölkəyə qarşı aqressiya və hücum halında istifadə edildiyi bildirilib. Stanislav Zasın sözlərinə görə, bu vaxt üçün münaqişənin eskalasiyası qeydə alınmır və bütün mübahisəli məsələlər danışıqlar masasında həll olunmalıdır.