Kocoridə sürüşmənin qarşısının alınması tədbirləri başa çatdırılıb və yol hərəkəti bərpa edilib
Kocoridə sürüşmənin qarşısının alınması tədbirləri başa çatdırılıb və yol hərəkəti bərpa edilib

 

Bu ilin iyun ayında sürüşmənin yolun hərəkət hissəsini zədələdiyi Daba Kocoridə , Yunkerlər küçəsinə asfalt örtüyü döşənib və nəqliyyatın hərəkəti tam bərpa edilib-bu barədə məlumatı Tbilisi meriyası yayır. Meriyadan verilən məlumatda sözügedən ünvanda sürüşmə əleyhinə tədbirlərin yekunlaşdığı deyilir.

Paytaxt meri Kaxa Kaladze müavini İrakli Bendeliani ilə birlikdə layihədə nəzərdə tutulan işlərlə tanış olub.

“Daba Kocoridə Yunkerlər küçəsində yolun yarısı tamamilə dağılmışdı və avtomobillərin hər iki istiqamətdə hərəkətində problem yaradırdı. İyul ayında podratçı şirkətlə müqavilə bağladıq və yamacın bərpa işlərinə başlanıldı. Layihə çərçivəsində yamac tamamilə möhkəmləndirilib. Yol işləri yekunlaşıb və nəqliyyatın ikitərəfli hərəkəti mümkündür. Gələcəkdə bu konkret yolun heç bir problemlə üzləşməməsi və təhlükəsiz hərəkət etməyin mümkün olması üçün bütün tədbirlər görülüb” – deyə Kaxa Kaladze bildirib.

Tbilisi meriyasından verilən məlumatda bildirilir ki, Tbilisi meriyasının İnfrastrukturun İnkişafı üzrə Şəhər Xidməti təhlükəsizlik məqsədilə Yunkerlər küçəsində bütün təxirəsalınmaz işlərin həyata keçirilməsinə operativ şəkildə başlayıb.

“Mütəxəssislərin araşdırmaları əsasında yamacın möhkəmləndirilməsi işləri aparılıb. O cümlədən, sözügedən ərazidə şaquli və üfüqi lövbərlər düzülüb, dəmir-beton divar, qabyonlar tikilib, yolun hərəkət hissəsində yol işləri yekunlaşdırılır.

Qeyd etmək lazımdır ki, 24 metrlik çökmüş hissənin bərpası ilk dəfə Tbilisidə həyata keçirilib. Sürüşmənin qarşısının alınması işləri paytaxt büdcəsindən 536 029 lari vəsait hesabına maliyyələşdirilib.

Ərazidə paytaxt meri ilə yanaşı, Tbilisinin Şəhər İnfrastrukturunun İnkişafı Xidmətinin rəhbəri Levan Narouşvili, Mtatsminda rayonunun icra başçısı Davit Kirkitadze və Sakrebulo əksəriyyətinin müavini Zurab Abaşidze də olub” – deyə Tbilisi meriyasının məlumatında deyilir.