Kobuletidə ağac avtomobilin üzərinə aşıb, 1 nəfər həlak olub
Kobuletidə ağac avtomobilin üzərinə aşıb, 1 nəfər həlak olub

 
Kobuletidə güclü külək nəticəsində ağac avtomobilin üzərinə aşıb. Avtomobildə olan bir nəfər həlak olub. Məlumatı Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Acara bölgəsində güclü küləyin səbəb olduğu problemlərlə əlaqədar Fövqəladə Halların İdarəedilməsi Xidmətinə onlarla bildiriş daxil olub. Fövqəladə Halların İdarəedilməsi Xidmətindən Gürcüstanın Birinci Kanalına açıqlandığı üzrə, yanğın-xilasetmə qrupları bildirişlərə müvafiq cavab verirlər.

Bununla yanaşı, sosial şəbəkələrdə güclü küləyin Batumidə stadionun ətrafındakı dayanacaqları ayıran dəmir maneələri uçurduğu barədə məlumatlar və foto-material yayılır. Eləcə də güclü küləyin ağacları kökündən çıxardığı, nəticədə yüngül avtomobillərə ziyan dəyməsi ilə bağlı da məlumat yayılır.