Koba Qvenetadze Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru ilə görüşdü
Gürcüstan Milli Bankının prezidenti, Koba Qvenetadze Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru, Cihad Azur ilə işgüzar görüş keçirdi. Görüşdə ölkənin iqtisadi vəziyyəti və bölgədə qarşıda duran çağırışlar müzakirə olundu.
Milli Bankın mətbuat xidmətinin məlumatına görə, Koba Qvenetadze Cihad Azura GMB tərəfindən aparılan islahatlar və mövcud makroiqtisadi meyllər barədə ətraflı məlumat verdi. O, həmçinin Covid-19 pandemiyasının çağırışlarına cavab olaraq GMB tərəfindən həyata keçirilən tədbirlərdən də geniş danışdı. Bundan əlavə, söhbətdə BVF-nin İcraçı Direktorlar Şurası tərəfindən təsdiq edilmiş “Dəstək Proqramı” (Stand-By Arrangement) və sözügedən proqramda nəzərdə tutulan iqtisadi islahatlara toxunuldu.
İşgüzar səfər çərçivəsində BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Gürcüstan hökumətinin, diplomatik korpusun, beynəlxalq maliyyə təşkilatlarının, qeyri-hökumət təşkilatlarının və mülki sektorun nümayəndələri ilə görüşlər keçirəcək. Cihad Azuri və Koba Qvenetadze tələbələrlə görüşəcək, burada Gürcüstanın və bölgənin çətinlikləri, Ukraynadakı müharibənin nəticələri və qlobal iqtisadiyyat haqqında danışacaqlar.