Koba Nağopia Mixeil Saakaşvilinin növbəti günlərdə "Vivamed"-ə köçməyə hazır olduğunu bildirir
Koba Nağopia Mixeil Saakaşvilinin növbəti günlərdə "Vivamed"-ə köçməyə hazır olduğunu bildirir

 

“Milli Hərəkat” -ın üzvü Koba Nağopia Mixeil Saakaşvilini cəzaçəkmə müəssisəsində ziyarət edib. Görüşdən çıxdıqdan sonra Nağopianın jurnalistlərə də bildirdiyi üzrə, Saakaşvili ilə “Vivamed”-ə köçürülmə ilə bağlı ədliyyə nazirinin təklifi haqqında danışıb.

Koba Nağopianın verdiyi məlumata görə, Mixeil Saakaşvili bu gün ailə üzvləri ilə görüşəcəyi üçün klinikaya getməkdən imtina edib.

“Mən Mixeil Saakaşvili ilə ədliyyə nazirinin təklifi haqqında danışdım. Burada bir vacib detal var, söhbət onun müalicəsindən deyil, yalnız müayinə edilməsindən gedir. Ona ekspertiza üçün “Vivamed”-ə aparılacağı və yenidən cəzaçəkmə müəssisəsinə qaytarılacağı təklif olunub. Üstəlik bunun bu gün olması təklif olunub, Saakaşvili isə həbsxanada olduğu müddət boyunca ən nadir günlərdən biri olduğu, ailə üzvləri ilə görüşmək imkanı əldə etdiyi üçün bu gün gedə bilməyəcəyini söyləyib. Bu səbəbdən də o, bu təklifi rədd etməli olub” –deyə Koba Nağopia bildirib.

Saakaşvili önümüzdəki günlərdə oxşar təkliflə razılaşacaqmı deyə ünvanlanan suala Nağopia cavabında razılaşacağını bildirib.

“Əlbətdə həkimlərin tövsiyələrini dinləyir. Mən ədliyyə nazirinin Mixeil Saskaşvilinin yemək qəbul etməməsi ilə bağlı açıqlamasına təəccüblənirəm. Bu yalandır. Yeməmək və yemək qəbul edə bilməmək arasında böyük fərq var. Onun səhhətində ciddi problemlər var və yemək yeyə bilmir. Saakaşvili dedi ki, bu gün olmasa da, sabah, o biri gün, növbəti günlərdə hazırdır. Bu gün gedə bilməzdi, ailəsi ilə görüşəcəkdi. Gördüyüm qədəriylə, hərəkət etməkdə çətinlik çəkir, müşayiətçinin köməyi olmadan hərəkət edə bilmir. Mütəmadi olaraq 37 yarım temperaturu var, bu normal proses deyil “-deyə Koba Nağopia bildirib.