Koba Qvenetadze - kriptovalyutanın qiyməti çox dəyişəndir, kriptovalyutanın alınmasına qoşulanlar, başa düşməlidirlər ki, sürprizlər də gözləməlidirlər
Kriptovalyuta ilə bağlı müəyyən müddətdən sonra tənzimləmələrin qəbulu lazım gələcək, halbuki bütün dünyanın mərkəzi bankları hələlik müşahidə prossesindədirlər, – bu barədə Milli Bankın prezidenti, Koba Qvenetadze Gürcüstan parlamentinin Maliyyə-Büdcə Komitəsinin bu günki iclasında Milli Bank tərəfindən təqdim olunmuş 2017-ci ilin hesabatını təqdim edərkən bəyan etdi. Kriptovalyuta ilə bağlı sualı Qvenetadzeyə komitənin sədri, İrakli Kovzanadze verdi.
Koba Qvenetadzenin bəyan etdiyinə görə, başqa ölkələrin bankları kimi, Gürcüstan Milli Bankı da, kriptovalyuta ilə bağlı riskləri qeyd etdi.
Bununla yanaşı, onun dediyinə görə, kriptovalyutanın əldə edilməsi və bu prossesə qoşulma marağında olanlar bilməlidirlər ki, kriptovalyutanın qiymətinin tez tez dəyişməsini nəzərə alaraq, sürprizlər istisna olunmur.
Elə onun dediyinə görə, müəyyən müddətdən sonra kriptovalyuta ilə bağlı tənzimləmələrin qəbul edilməsi lazım gələcək, halbuki bütün dünyanın mərkəzi bankları hələlik müşahidə prossesindədirlər.