Koba Qvenetadze - 2018-ci ildə inflyasiya 3%-lik göstəriciyə yaxınlaşacaq
Gürcüstanın Milli Bankının prezidenti Koba Qvenetadzenin bəyanatına görə, 2018-ci ildə inflyasiya 3%-lik göstəriciyə yaxınlaşacaq.
Milli Bankın prezidentinin dediyinə görə, cari ildə, inflyasiyanın məqsədli göstəricisi 4%-dir, noyabrın göstəricilərinə əsasən, inflyasiya 6.9% faiz təşkil edir və bu da, Qvenetadzenin dediyinə görə, əsasən, nəqliyyat qrupunun, alkohollu içəcəklər və tütünün qiymətlərinin artması ilə bağlıdır.
“Bu faktorlar 2017-ci ilin sonuna qədər saxlanacaq. Əlavə şokların olmadığı təqdirdə, 2018-ci ilin inflyasiya göstəricisi 3%-ə yaxınlaşacaq” – dedi Qvenetadze.
Milli Bankın prezidentinin dediyinə görə, inflyasiya proqnozu enerji-daşıyıcılarının qiymətləri və geo-siyasi risklərlə bağlıdır.