Koba Çopliani - Ümid edirəm ki, etnik və dini azlıqlar və İctimai Yayımçının əməkdaşlığı nəticəsində, əhəmiyyətli bir produkt yaradılacaq
“Problem odur ki, Gürcüstan əhalisinin böyük hissəsi və regionda yaşayan vətəndaşlar ölkədə baş verən hadisələri gürcü informasiya mənbələrindən almırlar, – bu barədə bəyanatı Xalq Müdafiyəçisi aparatında mövcud olan milli azlıqlar şurasının koordinatoru Koba Çopliani, “Aktual mövzu” verlişində iştirak edərkən verdi.
“İnformasiya vakuumunu isə, şaiələr və müxtəlif mənbələrdən yığılan məlumatlar doldurur və bu vətəndaş inteqrasiyasına mane olan ciddi faktordur. Çox önəmlidir ki, İctimai Yayımçı, qanunvericiliklə üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsinə daha fəal şəkildə yanaşmağa başladı”, – dedi Koba Çopliani.
“Hərkəsin eyni hüquqları və öhdəlikləri olmalıdır. Etnoslar və religiyalar arasında buraxılan səhvlərin nəticələrini ölkəmiz bugün də yaşayır. Medya isə, tarixi bir rol oynaya bilər” – dedi Koba Çopliani.
Noyabrın 16-da Gürcüsatnın İctimai Yayımçısı və Gürcüstanın Milli Azlıqlarının nümayəndələri ilə əməkdaşlıq memorandumu qoyuldu.