Knut Abraham - Avropa perspektivi ilə bağlı qərardan sonra bu fürsətdən istifadə etmək vacibdir, Gürcüstan Almaniyanın dəstəyinə arxalana bilər
Knut Abraham - Avropa perspektivi ilə bağlı qərardan sonra bu fürsətdən istifadə etmək vacibdir, Gürcüstan Almaniyanın dəstəyinə arxalana bilər

 

Gürcüstanın Almaniyanın dəstəyinə arxalana biləcəyi vacib mesajdır-bu barədə Almaniyanın “Xristian-Demokrat İttifaqı”nın üzvü Knut Abraham Gürcüstanın parlament nümayəndə heyəti ilə görüşdən sonra açıqlayıb.

O, Gürcüstana Avropa perspektivinin verilməsi qərarından sonra bu fürsətdən istifadənin vacib olduğunu söyləyib.

“Mən Almaniya parlamentinin üzvüyəm, həm də müxalifətin nümayəndəsiyəm. Lakin bizi hökumətlə birləşdirən bir məqam var. Bu, Gürcüstana və bu ölkənin Avropa yoluna dəstəkdir. Məhz bu səbəbdən bu səfər çox vacibdir. Gürcüstan Avropa ailəsinin üzvüdür və bu gün parlamentin sədri ilə keçirdiyimiz görüş də bunun göstəricisidir. Bir neçə ay bundan əvvəl Ukrayna və Moldovaya namizəd statusunun, Gürcüstana isə Avropa perspektivinin verilməsi ilə bağlı verilən qərardan sonra cari prosesin dayanmaması üçün bu fürsətdən istifadə etmək son dərəcə vacibdir. Fikrimcə, Gürcüstanın Almaniyanın dəstəyinə arxalana biləcəyi vacib mesajdır” -deyə Knut Abraham açıqlayıb.