Kiyevin mərkəzində, Ukrayna prezidentinin ofisinin yanında etiraz aksiyası keçirildi
Kiyevin mərkəzində, Ukrayna prezidentinin ofisinin yanında etiraz aksiyası keçirildi.
Demonstrantlar Vladimer Zelenskiyi “Ştainmayer formulasının” həyata keçirilməsindən imtina etməsini tələb edirlər.
Aksiyada iştirak edən yüzlərlə insanın əsas lozunqu belədir: “Normandiya razılaşması – Vətən xəyanətidir”.
Demonstrantlar bəyan edirlər ki, “Ştaynmayer formulasının” həyata keçirilməsi Ukrayna dövlətinin suverenliyinin pozulmasıdır.
Xatırladaq ki, “Ştaynmayer formulası” Donbasa xüsusi statusun verilməsini nəzərdə tutur, ancaq plana əsasən, ona qədər Donbasda seçkilər keçirilməlidir.
Etiraz edənlər bəyan edirlər ki, Şərqi Ukraynada, pro-rus separatistlər tərəfindən nəzarət edilən ərazidə, ədalətli və azad seçkilərin keçirilməsi qeyri-mümkündür.