Kiyevin meri Vitali Kliçko Gürcüstan parlamenti qarşısında keçirilən aksiya iştirakçılarına müraciət edib
Kiyevin meri Vitali Kliçko Gürcüstan parlamenti qarşısında keçirilən aksiya iştirakçılarına müraciət edib

 

Gürcü xalqına ukraynalıların mübarizəsinə dəstəyə, həmrəyliyə, mövqeyinə görə təşəkkür etmək istəyirəm -Kiyevin meri Vitali Kliçko bu sözlərlə Gürcüstan parlamentinin binası yaxınlığına toplaşan aksiya iştirakçılarına müraciət edib.

Kliçkonun qeyd etdiyi kimi, gürcülər ukraynalıları təkcə mənəvi cəhətdən dəstəkləmir, gürcü əsgərlər ukraynalılarla çiyin-çiyinə azadlıq və müstəqillik uğrunda vuruşurlar.

“Gürcü xalqına ukraynalıların mübarizəsinə dəstəyə, həmrəyliyə, mövqeyinə görə təşəkkür etmək istəyirəm, rus təcavüzünün nə olduğunu, onun hansı bəla, ölüm və dağıntılar gətirdiyini, Rusiyanın qonşu ölkələri necə işğal etməyə çalışdığını hamıdan yaxşı bilirsiniz. Gürcülər ukraynalıları təkcə mənəvi cəhətdən dəstəkləmir, biz bunu qiymətləndiririk. Əsgərləriniz Ukraynanın azadlığı və müstəqilliyi uğrunda bizimlə bərabər döyüşürlər. Biz Ukrayna uğrunda həlak olan 36 igid gürcünün xatirəsini ehtiramla yad edirik. Rus barbarlarının genişmiqyaslı işğalı başlayandan bəri çoxlu əsgər yaralandı, bəziləri ruslar tərəfindən əsir alındı. Cəsarətinizə, azadlıq və müstəqillik arzunuza görə minnətdarıq. Əminəm ki, həm Ukrayna, həm də xalqı demokratik Avropaya can atan Gürcüstan bu yolu uğurla keçəcək və ölkələrimiz Avropa İttifaqına üzv olacaqlar. Xalqımızın öz sivil seçimlərini dərk etməsinə heç kim mane ola bilməz. Bu gün biz həm də Avropanı və onun dəyərlərini müdafiə edirik. Ukraynaya şöhrət, Gürcüstana şöhrət, qəhrəmanlarımıza şöhrət”-deyə Vitali Kliçko açıqlayıb.