Kiyevin Appelyasiya Məhkəməsi Saakaşvilinin işini yanvarın 11-də müzakirə edəcək
Kiyevin Appelyasiya Məhkəməsi Mixail Saakaşvilinin işinin müzakirəsini yanvarın 11-i üçün təxirə saldı.
Səbəb olaraq isə, hakim şahadların az olduğunu bildirdi.
Gürcüstanın sabiq prezidenti və Odessa əyalətinin sabiq qubernatoru Mixeil Saakaşvili isə, məhkəmə prosesini komediya adlandırdı, hansı ki, Rusiya prezidenti Vladimer Putinin sifarişi ilə həyata keçirilir.
Saakaşvilinin dediyinə görə, onun Gürcüstana ekstradisiyası isə, Bidzina İvanişvilinin tələbidir.
“Bütün bunlar FSB-nin mənə qarşı həyata keçiridiyi xüsüsi əməliyyatdır” – dedi Saakaşavili.
Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti və Odessa əyalətinin sabiq qubernatoru Mixeil Saakaşviliyi Ukrayna iqtidarı təşkil edilən cinayətlər qrupu ilə əməkdaşlıq etməklə ittiham edir.