Kİyevdə "çadrlar şəhərində" yığılan aktivistlər və hüquqmühafizəçilər arasında qarşıdurma baş verdi
Kiyevdə “çadrlar şəhərində” yığılan aktivistlər və hüquqmühafizəçilər arasında qarşıdurma baş verdi.
Ukrayna Daxili İşlər Nazirinin birinci müavini Zorian Şkiryakın öz Facebook səhifəsində yazdığına görə, polis və aktivistlər arasında baş verən münaqişə zamanı 13 hüquqmühafizəçi zərər gördü. Polis səkkiz nəfəri yaxaladı.
Şkiryakov Rada binasına və hüquqmühavizəçilərə hücum etməkdə Mixail Saakaşviliyi ittiham etdi.
Bununla yanaşı, “Xalq frontunun” üzvü Anton Geraşenkonun məlumatına görə, provokasiya “Yeni qüvvələr hərəkatının” aktivistləri tərəfindən yaradıldı.
Ukrayna medyasının məlumatına görə, aksiya iştirakçıları Radanın qabağında təkərlər yandırmağa çalışdılar, ancaq polis onlara mane oldu.