Kiyevdə "Çadırlar şəhərində" keçirilən xüsusi əməliyyat zamanı 100-ə qədər aktivist həbs olundu
Kiyevdə “Çadırlar şəhərində” keçirilən xüsusi əməliyyat nəticəsində 100-ə qədər aktivist həbs olundu.
Polis qüvvələri və aktivistlər arasında baş verən qarşıdurma nəticəsində yaralananlar da oldu.
Hadisə yerində təcilli tibbi yardım maşınları səfərbər olunub.
Ukraynanın Daxili İşlər Nazirliyinin mətbuat spikeri bəyan etdi ki, xüsusi əməliyyat zamanı Qruşevski küçəsində polis aktivistlərə aid olan doqquz əl qumbarası və molotov kokteyllərini tapdı.
Ukrayna parlamentinin binasının yanında xüsusi təyinnat qüvvələri səfərbər olunublar.