Kirbala kəndi yaxınlığında baş vermiş fakt ilə əlaqədar Gürcüstanın mərkəzi hakimiyyətinin tələbi ilə Erqnetidə görüş təyin olunub
Kirbala kəndi yaxınlığında baş vermiş fakt ilə əlaqədar Gürcüstanın mərkəzi hakimiyyətinin tələbi ilə Erqnetidə görüş təyin olunub

 
Gürcüstan vətəndaşının Rusiya işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı mərkəzi hakimiyyət nümayəndələri dərhal cari ilin noyabrın 6-da texniki görüşün keçirilməsini tələb ediblər-bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında deyilir.

DTX-nin yaydığı məlumatda görüşdə Rusiya işğalçı qüvvələrinin, işğal olunmuş Sxinvali bölgəsinin və Aİ-nin müşahidə missiyasının nümayəndələrinin iştirak edəcəyi deyilir.

“Bu, işğal çərçivəsində Rusiya işğalçı qüvvələrinin cinayət əməlinin daha bir həyəcan təbili çalan təzahürüdür, buna görə tam məsuliyyət işğalçı qüvvənin üzərinə düşür. Gürcüstanın mərkəzi hakimiyyəti Gürcüstan vətəndaşının yaşamaq hüququnun əlindən alınması ilə bağlı bütün günahkar şəxslərin cəzalandırılmasını, eləcə də qanunsuz həbsdə olan Gürcüstan vətəndaşının dərhal azad edilməsi məsələsini bütün beynəlxalq formatlarda tələb edir” – deyə DTX-dən açıqlanıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Kirbala kəndi yaxınlığında, işğal altındakı ərazidə yerli sakinin qanunsuz saxlanılmasına cəhd edilən zaman Rusiya işğalçı qüvvələri tərəfindən açılan atəş nəticəsində Gürcüstan vətəndaşı dünyasını dəyişib.