Kirayə ilə işləyən və işlərini itirən şəxslər altı ay ərzində, 200 lari alacaqlar
Kirayə ilə işləyən və işlərini itirən və yaxud maaşsız məzuniyyətə göndərilən şəxslər altı ay ərzində, hökümətdən 200 lari alacaqlar, – bu barədə məlumatı Gürcüstanın baş naziri bugün iqtisadi anti-böhran planını təqdim edərkən verdi.
Onun dediyinə görə, işsiz qalanlar cəmi olaraq, 1200 lari alacaqlar.
“Burda əsas olan yardımın stabil olmasıdır. Xüsusi ilə qeyd edirəm ki, hər bir vətəndaşa hər ay 200 lari verilərək, ümumilikdə, 1200 lari veriləcək” – dedi baş nazir.