Kiprda prezident seçkilərinin ikinci turu keçirilir.
Əhali qüvvədə olan prezident Nikos Anastasiadis və sabiq Səhiyyə Naziri Stavros Malas arasında seçim etməlidir.
Kiprdə tam olaraq, 1100 seçki məntəqəsi açılıb. Seçkilərdə 550 mindən artıq vətəndaş iştirak edir.
Prezident seçkilərinin birinci turu yanvarın 28-də keçirildi. Seçicilərin fəallığı o zaman 28,1 faiz təşkil etdi.
Qüvvədə olan prezident Nikos Anastasiadis səslərin 35,5 %-ni aldı. Onun, kommunist partiyası tərəfindən təqdim edilən rəqibi isə, 30, 25% səs yığdı.
Kipr prezidentini birbaşa qayda ilə beş il müddəti ilə seçirlər.
Seçkilərin ikinci turunun nəticələri bu axşam bəlli olacaq.