Qurumlararası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Qiorqi Ğibradze Koordinasiya Şurasının iclasından sonra bildirib ki, kinoteatrlarda, teatrlarda və operalarda tamaşaçıların sayı artacaq.
Ğibradzenin qeyd etdiyi kimi, tamaşaçıların sayı 30 faizdən 50 faizə yüksələcək.
“Kino, teatr və operalarda tamaşaçıların sayı 30 faizdən 50 faizə qədər artacaq”, – Ğibradze bildirib.
Kinoteatrlar, teatrlar və operalar, daxil olması “yaşıl pasport” ilə mümkün olan qurumlara aiddir.
Məlum olduğu kimi, yaşıl pasportlar dekabrın 1-dən qüvvəyə minəcək. Yaşıl pasport iki dəfə peyvənd olunmuş və ya 72 saatlıq “PCR” testi və ya 24 saatlıq antigen testindən keçmiş və ya koronaviruskeçirmiş şəxsə verilir.