Xüsusi Penitensiar Xidmət Mixeil Saakaşvilinin 18-ci Müəssisəsinə köçürülməsinin video görüntülərini yayımladı [Video]
Xüsusi Penitensiar Xidmət Mixeil Saakaşvilinin 18-ci Müəssisəsinə köçürülməsinin video görüntülərini yayımladı [Video]

Xüsusi Penitensiar Xidmət Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin 12-ci cəzaçəkmə müəssisəsindən 18-ci cəzaçəkmə müəssisəsinə aparılmasının videogörüntülərini yayıb.

Xüsusi Penitensiar Xidmətdən verilən məlumata görə, görüntülərdə onun müəssisə əməkdaşlarının qanuni göstərişlərinə necə tabe olmadığı aydın görünür.

“İctimai marağın yüksək olması səbəbindən məhbus Mixeil Saakaşvilinin 12-ci cəzaçəkmə müəssisəsindən 18-ci təqsirləndirilən və məhkum edilən tibb müəssisəsinə aparılmasını əks etdirən videogörüntüləri dərc edirik. Kadrlarda onun müəssisə əməkdaşlarının qanuni göstərişlərinə tabe olmadığı, özünü necə aqressiv apardığı, onları sözlə təhqir etdiyi açıq-aydın görünür”, – deyə Xüsusi Penitensiar Xidmətdən bildirilib.

https://www.facebook.com/watch/?v=410894323838316