Xüsusi İstintaq Xidməti zorakılıq faktı üzrə DİN-in Mühafizə Polis İdarəsinin müfəttişini saxlayıb
Xüsusi İstintaq Xidməti Daxili İşlər Nazirliyinin Mühafizə Polis İdarəsinin Acara şöbəsinin müfəttişini həyat yoldaşına qarşı zorakılıq faktı üzrə saxlayıb. Məlumatı Xüsusi İstintaq Xidməti yayır.
İstintaqla müəyyən edilib ki, 1969-cu il təvəllüdlü asayiş keşikçisi 2023-cü ilin dekabrın 4-də Batumi şəhərinin Abaşidze küçəsində saxladığı avtomobildə qısqanclıq zəminində yaranmış münaqişə zamanı həyat yoldaşına fiziki təzyiq göstərərək bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.
“Xüsusi İstintaq Xidməti zərərçəkmişdən cinayət barədə məlumat aldıqdan sonra dərhal sübutların tapılmasını təmin edib və bunun əsasında hüquq-mühafizə orqanının əməkdaşı məişət zorakılığına görə saxlanılıb. Cinayət iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 48 saat ərzində saxlanılan hüquq-mühafizə orqanının əməkdaşı barəsində ittiham təqdim olunacaq. Xüsusi İstintaq Xidməti faktla bağlı araşdırmalarını davam etdirir”- deyə məlumatda bildirilir.